Koçaryandan gözlənilməz açıqlama: “Qarabağ probleminin həllinin açarı təkcə Rusiyada deyil”

“Qarabağ probleminin həllinin açarı təkcə Rusiyada deyil”.
Bu fikirlər Ermənistanın ilk prezidenti Ter-Petrosyana məxsusdur. Sabiq dövlət başçısı Robert Koçaryan isə Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın fikri ilə razı deyil.
“Sputnik Armenia” xəbər verir ki, bu barədə o jurnalistlərə açıqlamasında bildirib.
“Hayastan” blokunun lideri Petrosyanın bu yanaşmasını həddindən artıq sadə adlandırıb: “Bu həmin sual deyil. Həll yolunun açarı bir yerdə ola bilməz. Bu, çox sadələşdirilmiş bir təfsirdir. Münaqişə tərəfləri, iştirak edən oyunçular və üç həmsədr var”.
Koçaryan Rusiyanın bu müddətdə, xüsusən son hadisələr fonunda əhəmiyyətli rolu ilə seçildiyini gizlətməyib. Lakin problemin həlli açarının yalnız bir yerdə olduğunu düşünmək, onun fikrincə çox primitivdir.
Oxunub: 236
Xəbəri paylaş
Paylaş: