Lukaşenko Baydeni və Putini Minskə dəvət edib - "Mən onları layiqincə qarşılayaram"
Amerika Birləşmiş Ştatlarının (ABŞ) və Rusiyanın prezidentləri Belarusdakı vəziyyəti müzakirə etmək istəyirlərsə, Minskdə görüşə bilərlər. Bu barədə mayın 26-da deputatlarla, Konstitusiya komissiyasının üzvləri və dövlət idarəçiliyi orqanlarının nümayəndələri ilə görüşdə Aleksandr Lukaşenko bəyan edib.
Onun sözlərinə görə, Vladimir Putinin və Co Baydenin qarşıdakı görüşü hazırda KİV-də qızğın müzakirə olunur. Məlum olduğu kimi, digər məsələlərlə bərabər dövlət başçıları Ukrayna və Belarusu da müzakirə etmək istəyirlər.
«Yaxşı, qoy Belarus barədə danışsınlar. Baxın, biz, cümə günü Putinlə Amerikanı müzakirə edəcəyik. Ancaq mən bilmirəm, Bayden Belarus barədə nə danışacaq (Putin isə mövzunun içindədir). Mən, onun əvəzinə narahat oluram - bu planda ki, heç olmasa ona xəritə verəydilər və o, baxardı ki, Belarus haradadır. Axı onlar mütləq şəkildə vəziyyətdən hali deyillər» - Lukaşenko deyib.
Belarus liderin sözlərinə görə, əgər ABŞ və Rusiya rəhbərləri Belarusu belə müzakirə etmək istəyirlərsə, yaxşı olardı ki, onlar bunu Minskdə edəydilər. Bu zaman Lukaşenko əmindir ki, onun rusiyalı həmkarı məmnuniyyətlə Belarus paytaxtına gələr. «Açıq şəkildə dəvət etmək istəyirəm: əgər onlar Belarusun problemlərini müzakirə etmək istəyirlərsə, qoy bizə gəlsinlər. Mən, onları layiqincə qarşılayaram, bütün problemləri müzakirə edərik. Hətta Psakinin (Ağ Evin mətbuat katibi - Red.) mənə söyləmək üçün ona yazdığı bütün cəfəngiyyatı da dinləyərəm. Açıq söhbət olacaq. Ancaq oturasan İsveçrədə və Putinə Belarusun problemlərini öyrədəsən - bu, gülməlidir» - Lukaşenko qeyd edib.
Belarus prezidenti həm də əlavə edib ki, Vladimir Putin və Co Bayden telefon danışığı zamanı artıq respublikada situasiyanı müzakirə edə biliblər və Lukaşenkonun sözlərinə görə, Amerika lideri özünü təmizə çıxartmaq məcburiyyətində qalıb.
«Bu planda Putin özünü çox ləyaqətli aparıb. O, sonra mənə zəng etdi və üzr istədi ki, icazəsiz olaraq Belarusu müzakirə edib. Mən deyirəm: «Buna görə, sənə sağ ol düşür ki, ona elə demisən». Ona görə də qoy, Belarus barədə danışsınlar, heç olmasa öyrənərdilər ki, Belarus harada yerləşir» - Lukaşenko bildirib.
Xatırladaq ki, ABŞ Aleksandr Lukaşenkonu Belarusun legitim başçısı kimi tanımır. Vaşinqton Belarus müxalifətini dəstəkləyir və respulikada yeni seçkilərin keçirilməsini tələb edir.
Oxunub: 234
Xəbəri paylaş
Paylaş: