Neft ölkələrində benzinin qiyməti -
Azərbaycan SİYAHIDA neçəncidir?
Məşhur “globalpetrolprices” portalı xəbər verir ki, Azərbaycanda "Aİ-95" markalı benzinin qiyməti neft hasil edən əsas ölkələrin əksəriyyətindəki analoji qiymətlərdən bahadır.
Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) açqıladığı hesabata görə hazırda dünyada 7 milyard bareldən artıq neft ehtiyatına sahib olan 19 ölkə var.
Azərbaycan "Aİ-95" markalı benzinin qiymətinə görə bu ölkələr arasında 14-cı sırada qərarlaşıb. Yalnız, ABŞ, Braziliya, Çin və Norveçdə benzinin qiyməti Azərbaycanla müqayisədə yüksəkdir. Digər əsas neft ölkələrində "Aİ-95" markalı benzin ölkəmizdəki qiymətlərə nisbətən daha ucuz satılır.7 milyard barreldən çox neft ehtiyatı olan ölkələrdə benzinin qiyməti ÖLKƏLƏR "Aİ-95" benzinin qiyməti (1 litr) Neft
ehtiyatları1 Venesuela 2 sent 302,81 milyon barel 2 İran 7 sent 155,6 milyon barel 3 Anqola 25 sent 8,16 milyon barel 4 Əlcəzair 34 sent 12,2 milyon barel 5 Küveyt 35 sent 101,5 milyon barel 6 Nigeriya 41 sent 36,97 milyon barel 7 Qazaxıstan 43 sent 30 milyon barel 8 Ekvador 51 sent 8,27 milyon barel 9 İraq 51 sent 145 milyon barel 10 Qətər 51 sent 25,2 milyon barel 11 S. Ərəbistanı 59 sent 267 milyon barel 12 BƏƏ 59 sent 97,8 milyon barel 13 Rusiya 66 sent 80 milyon barel 14 AZƏRBAYCAN 73 sent 7 milyon barel 15 ABŞ 89 sent 47,12 milyon barel 16 Braziliya 106 sent 12,83 milyon barel 17 Çin 112 sent 25,92 milyon barel 18 Norveç 205 sent 8,75 milyon barel 19 Liviya - 48,36 milyon barel