Paşinyan erməni diversantların tutulduğu Azərbaycan-Ermənistan sərhədinə gəldi

Ermənistanın müvəqqəti baş naziri Nikol Paşinyan bu gün erməni təxribatçıların əsir götürüldüyü sərhəd zonasına gəlib.
Bu barədə “news.am” məlumat yayıb. Paşinyanın Qeqarkunik bölgəsində Kut kəndi sakinləri ilə görüşdüyü bildirilib.
Xatırladaq ki, bu gün səhər saatlarında Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qruplarının 6 hərbçisi təxribat törətməyə cəhd edərkən saxlanılıb.
Oxunub: 379
Xəbəri paylaş
Paylaş: