“Baydenlə görüşümüzdən sonra münasibətlərimiz yeni eraya daxil olacaq”- Ərdoğan
Türkiyənin Prezidenti Rəcəb Tayyip Ərdoğan Amerikanın bir neçə korporasiya rəhbərlərinə müraciət edərək, onlardan öz ölkəsinin Birləşmiş Ştatlarla münasibətlər qurmasına yardımçı olmağı xahiş edib. Bu,Türkiyə liderinin bir sıra ABŞ böyük biznes nümayəndələri ilə virtual görüşü zamanı baş verib.
Bununla bərabər, Ərdoğan yenidən Co Baydenin «erməni genosidi»ni etiraf etməsini tənqidə məruz qoyub.
R.T.Ərdoğan bəyan edib ki, ABŞ və Türkiyə arasında münasibətlər, bütün bunlara baxmayaraq, onun Prezident Co Baydenlə şəxsi görüşündən sonra, «yeni eraya» daxil olacaq. Görüş iyunun 14-nə Brüsseldə təyin olunub - bu, Baydenin Ağ Evə gəlməsindən sonra prezidentlərin ilk görüşüdür.
Türkiyə televiziyası ilə nümayiş etdirilən reportaja əsasən, Ərdoğanla videoəlaqə rejimində keçən görüşdə Boeing, Amazon, Microsoft, Kellogg, PepsiCo, Cisco, Procter & Gamble və Johnson & Johnson korporasiyalarının nümayəndələri iştirak ediblər. Ərdoğan «Türkiyəyə inanan» bu şirkətlərə təşəkkür edib və bildirib ki, Birləşmiş Ştatlardan «daha konstruktiv yanaşma» gözləyir. Onun sözlərinə görə, alüminium və polad üzrə fəaliyyətdə olan Amerika tarifləri problem olaraq qalır.
«Mən, inanıram ki, biz, Türkiyəni bütün dünya üçün istehsal və texnoloji baza edəcəyik» - dövlət başçısı əmin olduğunu bildirib.
«1915-ci ildəki hadisələr barədə Baydenin bəyanatı bizim əlaqələrimiz üçün əlavə yükdür, amma mən hesab edirəm ki, iyunun 14-də NATO sammitində keçirəcəyimiz görüş yeni əsrin nişanəsi olacaq» - Ərdoğan əlavə edib.
Oxunub: 351
Xəbəri paylaş
Paylaş: