"Moralesi Vyanaya endirəndə hamı susdu, indi isə ulayırlar..."- Leonid Slutski
Rusiyanın "Ryaneyr" olayına reaksiyası obyektiv və təmkinlidir. Belarus Prezidenti Aleksandr Lukaşenko isə respublikada sabitliyi pozmağa çalışanlar tərəfindən tənqid olunur.
Bu açıqlama ilə Rusiya Dövlət Dumasının Beynəlxalq əlaqələr komitəsinin sədri Leonid Slutski çıxış edib.
Slutski Boliviya Prezidenti Moralesin təyyarəsinin 2013-cü ildə Vyanaya məcburi enməsini xatırladıb:
"O zaman hamı susdu, amma indi yalnız Lukaşenkoya qarşı planetar bir ulama var, bəzi sanksiyalar hazırlanır. Bu, ikili standartların tamamilə görünən təzahürüdür".
Qeyd edək ki, Moralesin təyyarəsi Vyanaya məcburi enəndən sonra, prezident toxunulmazlığına baxmayaraq, axtarış aparılmışdı. Buna səbəb isə Moskvadan qayıdan Moralesin öz təyyarəsində ABŞ-ın sabiq agenti Snoudeni aparması barədə məlumat idi.
Snouden təyyarədə tapılmamışdı.
Oxunub: 145
Xəbəri paylaş
Paylaş: