Somali ordusu "Aş-Şabab"ın 37 terrorçusunu məhv edib

Somali ordusu ölkənin Mərkəzi Şabel əyalətində “Aş Şabab” terror təşkilatının onlarla silahlısını məhv edib. Bu barədə ordunun baş qərargahının tvitterdə yayılmış xəbərində deyilir. Terrorçulara qarşı əməliyyat Qalka Hararey rayonunda keçirilib.
Əməliyyat zamanı 37 terrorçu məhv edilib, daha 2 silahlı tutulub. Ordu bir gün əvvəl də bu rayonda analoji əməliyyat keçirib. Əməliyyat zamanı 15 silahlı zərərsizləşdirilib.
Oxunub: 317
Xəbəri paylaş
Paylaş: