İcra başçısının müavini vəzifədən uzaqlaşdırıldı -
FOTO
Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlhamə Nəzərova tutduğu vəzifədən uzaqlaşıb.
Qeyd edək ki, o 2013-cü ildən etibarən Xaçmaz Rayon İcra Hakimiyyətində çalışıb. Əvvəl sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri – başçının müavini, daha sonra icra hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini, 2018-ci ildən bəri isə icra başçısının birinci müavini vəzifəsində çalışıb.
İlhamə Nəzərova vəzifədən uzaqlaşmasını 7times.az-a təsdiqləyib.
O qeyd edib ki, işdən öz istəyi ilə çıxıb və dövlət qulluquçusu fəaliyyətinə başqa bir sahədə davam edəcək.
Oxunub: 256
Xəbəri paylaş
Paylaş: