“Koronavirusun pandemiyaya keçmək ehtimalı davam edir” – ÜST
Bu barədə “Twitter”dəki səhifəsində Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.
O, bu ehtimala qarşı hazırlıq görmək üçün bütün ölkələrə müvafiq alətlər təqdim etdiklərini qeyd edib.
Təşkilat rəhbəri, həmçinin, 57 ölkəyə analizlər üçün ləvazimat, 85 ölkəyə də fərdi qoruma vasitələri göndərdiklərini, müvafiq kurslarda 80 mindən artıq tibb işçisi hazırladıqlarını diqqətə çatdırıb./Modern.az/
Oxunub: 304
Xəbəri paylaş
Paylaş: