Qaragöldə son vəziyyət: Ordumuz mövqelərini möhkəmləndirir

Ermənistan mediası Qaragöldə son vəziyyətə toxunub.
“Qraparak” qəzeti xəbər verir ki, Azərbaycan və Ermənistan ordusunun bölmələri öz mövqelərində qalır.
“Qaragöl ətrafında son günlər vəziyyət stabil qalıb. Azərbaycan Ordusu nəzarətə götürdüyü ərazidə hər birində 25-30 hərbçi olmaqla, 4 post qurub. Onların öz hərbçi sayını artırmadığı xəbər verilir. Eyni zamanda, Zəngəzurda böyük sayda könüllü dəstələr qalır. Onlar tam hazırlıqlı şəkildə müvafiq əmrləri gözləyir”-deyə qəzet yazır./modern.az
Oxunub: 315
Xəbəri paylaş
Paylaş: