İran donanmasının ən böyük gəmisi yandı:
33 yaralı
Fars körfəzində təlim zamanı İran Hərbi Dəniz Qüvvələrinin gəmilərindən birində yanğın baş verib.
Bu məlumatı “Fars” agentliyi yayıb.
İnsidentin Djask limanının yaxınlığında baş verdiyi bildirilib. Xilasedici briqadaların köməyi ilə gəminin bütün ekipajı uğurlu şəkildə sahilə evakuasiya edilib.
Yanğının səbəbi açıqlanmayıb.
***
Körfəzdə yanan gəminin İran donanmasının ən böyük tonnajlı gəmisi olduğu məlum olub.
“Hark” gəmisinin yanması nəticəsində ekipaj üzvlərinin 33-ü yaralanıb. Onlar təcili xəstəxanaya qaldırılıb./axar.az
Oxunub: 281
Xəbəri paylaş
Paylaş: