Gürcüstanda koronavirusa 833 yeni yoluxma qeydə alınıb
Gürcüstanda son sutkada koronavirusa 833 yeni yoluxma halı təsdiqlənib, 19 nəfər vəfat edib.
Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyasına 346 983 nəfərin yoluxduğu müəyyən edilib, onların 4 853-ü ölüb.
Ötən 24 saat ərzində müalicə olunaraq sağalanların sayı 1 205 nəfər artaraq 330 721-ə yüksəlib.
Oxunub: 279
Xəbəri paylaş
Paylaş: