Moskvada üçtərəfli danışıqlar:
Muradov İrəvana getdi
Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanı Rüstəm Muradov bu gün İrəvana gedəcək.
Bu məlumatı “Joxovurd” qəzeti yayıb.
Məlumata görə, Muradov Moskvada dünən baş tutan Ermənistan, Azərbaycan və Rusiya nümayəndələri ilə üçtərəfli görüşdə iştirak edib. Görüşdə erməni tərəfin bir neçə gün öncə Azərbaycan sərhədini keçərək, mina döşəyərkən saxlanılan 6 diversantın geri qaytarılmasını istədiyi bildirilib.
Qəzetin mənbəsinin sözlərinə görə, bu istəklə bağlı razılıq əldə olunmayıb.
Oxunub: 273
Xəbəri paylaş
Paylaş: