Bakı meriyası səkilərin və parkların təmirinə 16 milyon xərcləyəcək
Bakı Şəhər İcra Hakimiyyətinə məxsus “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC Bakı şəhər ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda təmir, yenidənqurma və abadlıq işləri ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
Report vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Star Construction-12" QSC-dir.
Qalib şirkətə 16 559,9 min manat ödəniləcək.
Oxunub: 299
Xəbəri paylaş
Paylaş: