Bayden Çinin 59 şirkətinə yatırımı qadağan etdi

ABŞ Prezidenti Cozef Bayden amerikalılara Çinin 59 şirkətinə investisiya yatırımını qadağan edib.
Yerli KİV bildirir ki, bu barədə məlumatı Ağ Evin mətbuat xidməti yayıb.
Həmin şirkətlərin ABŞ-ın təhlükəsizliyinə ziyan vurduğu vurğulanıb.
Qadağa 2 avqustdan etibarən qüvvəyə minəcək.
Sanksiyaların tətbiq edildiyi şirkətlər arasında “Huawei”, “Semiconductor Manufacturing International Corporation”, “Aviation Industry Corporation of China” da yer alıb.
Oxunub: 307
Xəbəri paylaş
Paylaş: