Fransa səfiri minaya düşən jurnalistlərlə bağlı başsağlığı verib
Fransanın Azərbaycandakı səfiri Zakari Qros azərbaycanlı jurnalistlər Sirac Abışov və Məhərrəm İbrahimov onları daşıyan avtomobilin Kəlbəcər rayonunda minaya düşməsi nəticəsində həlak olmaları ilə bağlı başsağlı verib.
Report xəbər verir ki, səfir bu barədə tvitter səhifəsində yazıb.
“Sirac Abışov və Məhərrəm İbrahimovun Kəlbəcərdə minaya düşməsi nəticəsində həlak olmaları xəbəri məni çox kədərləndirdi. Onların yaxınlarına başsağlığı diləyirəm”, - diplomat tvitterdə yazıb.
Oxunub: 444
Xəbəri paylaş
Paylaş: