Gürcüstanda daha 832 nəfərdə koronavirus aşkarlandı - 17 nəfər ölüb
Gürcüstanda son sutkada daha 832 nəfərin koronavirusa yoluxduğu müəyyən edilib, 624 nəfər müalicə olunaraq sağalıb. Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib. Hazırkı dövrədək qonşu ölkədə COVID-19-infeksiyasına 348 594 nəfər yoluxub, onların 332 304-ü sağalıb.
Ötən 24 saat ərzində xəstəlikdən 17, ümumilikdə isə 4 893 nəfər vəfat edib.
Oxunub: 308
Xəbəri paylaş
Paylaş: