Bakı Şəhər DYP-nin Yol Patrul Xidməti Alayı “Formula-1”-i neytrallaşdırıb -
SORĞU
“Formula-1” yarışları ölkə vətəndaşları arasında daim ikili münasibət yaradıb, ikili reaksiya doğurub. Bir kəsim Azərbaycanın adının dünyada tanınmışlar sırasında olmasını təqdir edir, digər kəsim dünya miqyaslı yarışların şəhərin mərkəzində keçirilməsi səbəbindən küçələrdə avtomobillərin sıxlıq yaratmasından, gediş-gəlişə əngəl olmasını tənqid edir.
Növbəti-indiki yarışlar da belə reaksiyalardan xali deyil, amma...
Globall.az qəzetinin redaksiya əməkdaşları Bakının müxtəlif mərkəzi küçələrində yuxarıda qeyd etdiyimiz mövzunu suala çevirərək 100 respondent arasında mini-sorğu keçirib. Sorğuya iştirak edənlərin əksəriyyətinin cavabı, qısa desək, bizi təəccübləndirməklə, eyni zamanda fəxarət hissi yaradıb. Qeyd etdiyimiz o əksəriyyət dünya miqyaslı yarışların Azərbaycanda keçirilməsini təqdir etməklə yanaşı, hərəkət sıxlığının o qədər də nəzərə çarpmadığını, bunun üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin, Respublika Baş Dövlət Yol Polisi İdarəsinin, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin və onun Yol Patrul Xidməti Alayının əməkdaşlarının gecə-gündüz işlədiklərini, alternativ yollarda hərəkətin tənzimlənməsini operativ həyata keçirməklə şəhərimizin həyat ritminin əvvəlki günlərdə olduğu kimi qaldığını vurğulayır, DİN-in, BDYPİ-nin, şəhər DYP idarəsinin rəhbərliyinə, Yol Patrul Xidməti Alayının şəxsi heyətinə təşəkkür izhar edir, “Formula-1”-i yaxşı mənada neytrallaşdırdıqlarını qeyd edirlər.
Son olaraq qeyd edək ki, Azərbaycan adına görülən bu işlər milli vətənpərvərlik təcəssümüdür və bütün bunlar hər bir Vətən təəssübkeşi kimi bizi də sevindirir. Odur ki, Globall.az redaksiyası olaraq biz də DİN kollektivinə, onun şəxsi heyətinə, ələlxüsus da gecə-gündüz yollarda olub yol hərəkətinin təhlükəsizliyini təmin edən yol patrul xidməti əməkdaşlarına təşəkkür edirik.
GLOBALL.AZ