Güləndən sonra FETÖ lideri kim olacaq?
FETÖ şəbəkəsinin lideri Fəthullah Gülənin qardaşı oğlu Səlahəddin Gülənin polisə verdiyi ifadə ortaya çıxıb.
Bu barədə Haber7.com saytı məlumat yayıb.
Sayt yazır ki, S.Gülən şəbəkə içindəki bütün adları bir-bir açıqlayıb. Hətta, şəbəkədən ayrılanların olduğunu da deyib:
“Şəbəkə daxilində olarkən anlamamışdım. Sonradan başa düşdüm ki, Fəthullah Gülən terror təşkilatının lideridir”.
S.Gülən həmçinin qeyd edib ki, Türkiyədə baş verən 15 İyul hadisələrindən sonra Pensilvaniyada həmin ilin 16 sentyabr tarixinə qədər F.Gülənin yanına heç kim buraxılmayıb.
Bundan başqa, S.Gülən vurğulayıb ki, əmisi öldükdən sonra şəbəkənin lideri Mustafa Özcan olacaq.
Oxunub: 258
Xəbəri paylaş
Paylaş: