“Rus dili üzrə kompramis olmayacaq”- Latviyanın təhsil naziri
2018-ci ildən dövlət təhsil dilnə keçidlə bağlı çətinliklər yaşayan Latviyanın milli azlıqlar üçün məktəbləri Elm və Təhsil Nazirliyi tərəfindən “hərtərəfli dəstək” alacaq, ancaq bu məsələdə kompomis olmayacaq.
Bu barədə «Latviya radiosu-4»-ün «Domskaya ploşad» poqramına müsahibəsində ölkənin yeni elm və təhsil naziri Anita Muyjniese (Yeni sağ-radikal Konservativ Partiyasının üzvü) danışıb .
İdarə rəhbəri bildirib ki, milli azlıqlar üçün məktəblərinin dövlət dilinə keçidinin başa çatmasından sevinclidir.
“Fikirləşirəm ki, əgər bu, bir neçə il əvvəl baş verəydi, daha yaxşı olardı. Amma mənim nazir olaraq işçi dəftərimdə qeyd belə olacaq. Dövlət dilində təhsilə keçid hər yerdə həyata keçirilir və bu, mümkün olan qədərində uşaqlara kömək formasında edilir” – deyə, Muyjniese bildirib.
Eyni zamanda, nazir bir neçə dəfə qeyd edib ki, dil məsələsində kompomisə hazır deyil. Bu məsələ ilə bağlı rus icmasının etirazlarının da diqqətə alınmayacağını bildirib.
“Mənim üçün bu barədə danışmaq çox əhəmiyyətlidir. Belə ki, əgər çətinlik yaranarsa, biz köməyə gəlməyə hazır olacağıq və poblemləri həll edəcəyik. Qorxu, bilməzlik, narahatlıq var… Ancaq llərlə danışmışıq ki, bu, qaçılmaz prosesdir. Biz çağışacağıq ki, çətinliklər baş qaldırarsa məktəblərə dəstək verək. Amma dediyim kimi, dil məsələsndə kompromislər olmayacaq” - nazir deyib.
Oxunub: 262
Xəbəri paylaş
Paylaş: