PKK terrorçuları İraqda kürd silahlılarına hücum etdi
İraqın şimalında PKK terrorçuları “peşmərgə” adlanan kürd silahlılarına hücum ediblər, nəticədə 5 döyüşçüsü həlak olub, daha 4 döyüşçü yaralanıb.
“Anadolu”nun məlumatına görə, İraqın Kürd regional administrasiyası rəhbərinin müavini Serbest Lezgin jurnalistlərə bildirib ki, terrorçular Dohuk şəhərinin Amedi rayonu ərazisində “peşmərgə” döyüşçülərini pusquya salıblar.
Yaralılar xəstəxanalara çatdırılıb.
Oxunub: 243
Xəbəri paylaş
Paylaş: