Vilayət Eyvazovdan polkovnikin yerinə TƏYİNAT

Bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.
Əmrə əsasən, polis mayoru Qara Abdullayev Nəsimi Rayon Dövlət Yol Polisi (DYP) şöbəsinin rəisi vəzifəsinə gətirilib.
Qeyd edək ki, bir müddət əvvəl Nəsimi Rayon DYP-nin şöbəsinin rəisi, polis polkovnik-leytenantı Qəhrəman Qələndərov xidmətdə olmanın son yaş həddi ilə bağlı təqaüdə göndərilib.
Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumatı saytımıza təsdiq edib.
Oxunub: 456
 
  
  	Xəbəri paylaş
	
			
		 
Paylaş: 
 
   
 
   
   
 
	
	
	



















