Ermənistanda seçki təşviqatı rəsmən başladı - 23 partiya, 4 blok… /SİYAHI

Ermənistanda 20 iyunda keçiriləcək erkən parlament seçkilərinin təşviqat kampaniyası rəsmən başlayıb.
Kampaniya iyunun 18-dək davam edəcək, bundan sonra “sükut günü” olacaq. Səsvermə iyunun 20-də keçiriləcək.
Ermənistan mediası xəbər verir ki, seçkilərdə iştirak etmək üçün rekord sayda təşkilat – 23 partiya və 4 blok qeydiyyatdan keçib.
Siyahını bülletenlərdəki nömrəyə görə təqdim edirik.
- 1. “Ədalətli Ermənistan” Partiyası
- 2. Erməni Milli Konqresi
- 3. “Vətəndaş müqaviləsi” Partiyası
- 4. “Zartonk” Milli Xristian Partiyası (“Oyanış”)
- 5. “Azadlıq” partiyası
- 6. “Mənim şərəfim var” bloku
- 7. “Birləşmiş Vətən” partiyası
- 8. “Ümumerməni Milli Dövlətçiliyi” Partiyası
- 9. “Maariflənmiş Ermənistan” Partiyası
- 10. “Bizim evimiz Ermənistandır” Partiyası
- 11. Respublika Partiyası
- 12. “Erməni Vətəni” Partiyası
- 13. “Azad Vətən” bloku
- 14. “Çiçəklənən Ermənistan” Partiyası
- 15. Ermənistan Demokratik Partiyası
- 16. “Milli Mühafizəkar Hərəkat 5165” Partiyası
- 17. “Vətəndaş seçimi” Sosial-Demokrat Partiyası
- 18. “Şirinyan-Babajanyan Demokratlar İttifaqı” bloku
- 19. “Milli Gündəm” Partiyası
- 20. “Oyanış” Partiyası
- 21. Liberal Partiya
- 22. “Erməni Qartalları – Birləşmiş Ermənistan” Partiyası
- 23. Ermənistanın Avropa Partiyası
- 24. “Hayastan” (“Ermənistan”) bloku
- 25. “Milli Demokrat Qütbü” Partiyası
- 26. “Suveren Ermənistan” Partiyası
Həmçinin, “Maariflənmiş Ermənistan” (Edmon Marukyan) və “Erməni Milli Konqresi”nin (Levon Ter-Petrosyan) də parlamentdə yer ala biləcəyi qeyd edilir.
Ermənistanda ümumi seçicilərin sayı 2 milyon 581 min 93 nəfərdir./modern.az
Oxunub: 433
Xəbəri paylaş
Paylaş: