Qadın və kişilər neçə yaşlarında evlənirlər?-
Ölkələr üzrə SİYAHI
Azərbaycanda rəsmi nikaha daxil olan kişilərin orta yaş həddi 29,4, qadınların orta yaş həddi isə 24,7 olub.
Rəsmi məlumatlara görə, 1991-ci ildə - Azərbaycan müstəqillik əldə etdiyi zaman rəsmi nikaha daxil olan kişilərin orta yaş həddi 26,8, qadınların orta yaş həddi isə 23,3 olub.
Kişilər və qadınlar arasında ən az yaş fərqi olan ölkə İrlandiya hesab olunur. İrlandiyada bəylər gəlinlərdən orta hesabla cəmi bir yaş böyük olur.
Kişilər və qadınlar arasında ən çox yaş fərqi olan ölkə isə Əfqanıstan hesab olunur. Əfqanıstanda evlənən kişi və qadınılar arasında yaş fərqi orta hesabla 8,5 il olur.
Azərbaycanla qonşu olan ölkələrdə rəsmi nikaha daxil olan kişi və qadınların orta yaş həddi aşağıdakı kimi olub: Kişilər Qadınlar Gürcüstan 29,9 26,6 Azərbaycan 29,4 24,7 Ermənistan 29,4 26,3 Türkiyə 27,8 24,8 Rusiya 27,4 24,9 İran 27,4 23,8 Qazaxıstan 26,9 24,3