Azərbaycanda yeni tərəvəz növləri yaradılıb -
FOTO
Report-un nazirliyə istinadən verdiyi məlumata görə, tədbirdə institutda yaradılmış dequstasiya komissiyasının üzvləri, həmçinin nazirliyin müvafiq şöbələrinin məsul şəxsləri, elmi-tədqiqat institutlarının rəhbərləri və digər qonaqlar iştirak edib. Yeni yaradılmış növlər haqqında institutun rəhbəri Elmar Allahverdiyev və seleksiyaçı alimlər iştirakçılara ətraflı məlumat verib.