AVRO-2020:
Uels və İsveçrə yığmaları Bakıya yola düşdü
AVRO-2020-nin A qrupunun iki oyununu Bakıda keçirəcək Uels və İsveçrə yığmaları Azərbaycan paytaxtına yola düşüb.
Report-un məlumatına görə, hər iki kollektiv turnirə hazırlığını ölkəmizdə davam etdirəcək.
Qeyd edək ki, Bakı Olimpiya Stadionu A qrupunun Uels - İsveçrə, Türkiyə - Uels, İsveçrə - Türkiyə matçlarına, həmçinin 1/4 final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.
Oxunub: 356
Xəbəri paylaş
Paylaş: