Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • Paşinyan razılıq verdi: Ter-Petrosyan və Köçəryan Moskvaya uçurlar
  • Koçaryan Ermənistanın sabiq prezidentlərini hakimiyyətə qarşı mübarizəyə çağırdı
  • Ermənistan parlamenti buraxıldı - Yeni seçkilərinin vaxtı açıqlandı
  • Ter-Petrosyan: "Paşinyan və Koçaryanın qələbəsinə imkan vermək olmaz"
  • Ter-Petrosyan Paşinyana qarşı: "2018-ci il seçkisi də qanunsuz olub..."
  • Moskva Paşinyanı devirmək üçün hərəkətə keçib - Zəngəzurla bağlı "gizli görüş" iddiası

    • Tarix: 7-06-2021, 15:32



    Rusiyaya bağlı Qarabağ klanı Robert Köçəryanı hakimiyyətə gətirmək üçün Ermənistan cəmiyyətini "vətəndaş müharibəsi" ilə şantaj edir

    Ermənistanda növbədənkənar parlament seçkilərinin keçiriləcəyi gün - 20 iyun sürətlə yaxınlaşır. Bu seçkilər Ermənistanın gələcək taleyini müəyyən edə bilər. Və ona görə də, hazırda bütün iddiaçı qüvvələr malik olduqları siyasi resursların hamısından yararlanmağa çalışırlar.

    Paşinyan hakimiyyəti Rusiya və Qərb arasında manevrlər etmək məcburiyyətində qalıb. Baş nazir Nikol Paşinyan Kremlin onu dəstəkləyəcəyindən tam əmin deyil. Rusiyanın son anda Qarabağ klanını təmsil edən keçmiş prezident Robert Köçəryanın üzərində dayanacağından narahatdır.

    Erməni baş nazirin Fransaya səfərinin ona seçki dividentləri qazandırdığını iddia etmək hələlik bir qədər çətindir. Hər halda, ictimai rəy sorğularında bu, müşahidə olunmur. Əksinə, Paşinyan hakimiyyəti seçki ərəfəsində ictimai dəstəyini sürətlə itirməyə başlayıb.



    "Gallup International Association" növbəti ictimai rəy sorğusunun nəticələrini açıqlayıb. Həmin nəticələrə görə, N.Paşinyanın seçki blokuna rəyi soruşulanların 22,4 faizi səs verəcək. Onun əsas rəqibi R.Köçəryanın "Hayastan" blokunu isə seçicilərin 20,6 faizi dəstəkləyir. Halbuki fevral ayında bu göstəricilər 33,1 faiz (N.Paşnyan) və 7,8 faiz (R.Köçəryan) idi. Paytaxt İrəvan R.Köçəryanı, əyalətlər isə N.Paşinyanı dəstəkləyir.

    Belə anlaşılır ki, Ermənistan cəmiyyəti gələcəyə yönəlməkdən imtina etməyə başlayıb. Yəni, yenidən geriyə - qaranlıq keçmişə dönməyə daha çox həvəs göstərir. Və belə vəziyyətin yaranmasında son dövrlərdə aparılan təbliğatın böyük təsiri olmamış deyil.

    Məsələ ondadır ki, Qarabağ klanına bağlı erməni generaliteti seçkiyə fəal şəkildə təsir göstərir. Bəzi məlumatlara görə, erməni generaliteti Azərbaycan ilə sərhəd bölgəsində gərginliyi artırmaqla, Paşinyan hakimiyyətinin zəifliyini və ölkəni müdafiə etmək qabiliyyətində olmadığını qabartmağa çalışır.

    Halbuki, əslində, yalnız Paşinyan hakimiyyəti deyil, ümumiyyətlə, Ermənistan dövləti zəif vəziyyətdədir. Və hakimiyyətdə R.Köçəryan, ya da Serj Sarkisyan olsaydı belə, durum bundan fərqli olmazdı. Sadəcə, seçki ərəfəsində əsas məsuliyyət Paşinyan hakimiyyətinin üzərində olduğundan onun rəqibləri bu durumdan öz mənafelərinə uyğun olaraq, yararlana bilirlər.

    Üstəlik, erməni diasporunun Rusiyadakı təbliğat resursları da Qarabağ klanının xeyrinə fəaliyyət göstərir. Məsələn, erməni diasporunun təbliğat mexanizmləri belə iddialar yayırlar ki, Ermənistan zəif olarsa, bütün Cənubi Qafqaz Türkiyənin təsiri altına düşə bilər. Guya Türkiyə və Azərbaycan Paşinyan hakimiyyətinin zəifliyindən maksimum səviyyədə istifadə etməyə çalışır.



    Rusiyadakı erməni diasporu mövcud situasiyadan çıxış yolu kimi, Ermənistana güclü liderin seçilməsini vacib sayır. Halbuki, Rusiyanın dəstəyi olmadan hətta güclü liderin də Ermənistanı düşdüyü bu durumdan çıxara bilməyəcəyini xüsusi olaraq, vurğulayır.

    Göründüyü kimi, tamamilə məntiqsiz, hətta ziddiyyətli yanaşmadır. Çünki bir tərəfdən "güclü lider" axtarırlar, digər tərəfdən isə Ermənistanın xilasının məhz Rusiyadan asılı olduğunu qabardırlar. Bu isə dolayısı ilə həmişə zəif olan Ermənistanın məhz Rusiya sayəsində mövcud olduğunun etirafı anlamına gəlir.

    Bütün bunları nəzərə aldıqda, Kremlin son günlər üzünü yenidən Qərbdəki ağalarına doğru çevirmiş baş nazir Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmağa üstünlük verdiyini düşünmək olar. Ermənistan əhalisinə mesaj verilir ki, Rusiya N.Paşinyandan məmnun deyil. O, seçilərsə, Kreml Ermənistana yardım etməyəcək. Ona görə də, Rusiyanın zəif Ermənistana dəstəyini təmin edə biləcək siyasi qüvvəyə - R.Köçəryanın blokuna səs vermək lazımdır.

    Ancaq Ermənistanda Rusiyaya qarşı mənfi münasibətin güclü olması bu təbliğat modelinə müəyyən problemlər də yaradır. Hər halda, Ermənistan cəmiyyətində Rusiyaya və onun nökərlərinə rəğbətin olmadığını Kremldə də anlayırlar. Və təbliğat kampaniyasında bu faktor mütləq nəzərə alınır.

    Məsələn, Ermənistanın "Qraparak" qəzetində qalmaqallı iddia gündəmə gətirilib. Həmin iddiaya görə, ABŞ səfiri Linn Treysi və baş nazir Nikol Paşinyan Sünikdə "təsadüfən" eyni oteldə gecələyiblər. Sən demə, nə qədər qəribə də olsa, guya həmin oteldə Azərbaycanın adı açıqlanmayan təmsilçisi də var imiş. Və bu "təsadüfi görüş"də üçtərəfli müzakirənin əsas mövzusu da məhz Zəngəzur dəhlizi olubmuş.



    İddianın davamı isə daha maraqlıdır. Belə ki, guya bu "təsadüfi görüş"dən sonra Azərbaycan Silahlı Qüvvələri "Qaragöl" gölü ətrafında mövqe tutublar. Və Azərbaycan tərəfi bu bölgədən Naxçıvana dəhlizi reallaşdırmaq niyyətindədir.
    Təbii ki, bütün bunlar Ermənistan mətbuatında yer alan iddialardır. Həm də iddianın uydurma olduğu və məqsədyönlü şəkildə gündəmə gətirildiyi açıq-aşkar nəzərə çarpır. Və müəlliflərin konkret hədəflərinin olduğu da qətiyyən diqqətdən yayınmır.

    Birincisi, ABŞ, Azərbaycan təmsilçisi və N.Paşinyan eyni anlaşma içərisində göstərilir. Ancaq qəribə də olsa, onların müzakirə etdikləri mövzunu tam dəqiqliyi ilə bilsələr də, guya Azərbaycan təmsilçisinin kimliyi barədə məlumat ala bilməyiblər. Bu isə o deməkdir ki, ən azından məlumatın məhz bu hissəsi uydurmadır.

    Böyük ehtimalla ABŞ və Azərbaycanın eyni mövqedən çıxış etdiyi, N.Paşinyanın isə bu iki ölkəyə satılması barədə rəy yaratmağa çalışırlar. Və bununla da Ermənistan seçicilərini ABŞ-ın dəstəklədiyi N.Paşinyan hakimiyyətinə səs veriləcəyi təqdirdə, rəsmi İrəvanın Azərbaycana sərfəli "məxfi anlaşma"nı seçkilərdən sonra icra edəcəyinə inandırmaq istəyirlər.

    Əlbəttə, erməni seçicilərin müəyyən qismi R.Köçəryanın "siyasi yalan mətbəxi"ndə hazırlanmış bu uydurmalara yəqin ki, inana bilərlər. Çünki onların bir çoxu eşitdikləri ilə bağlı müəmmalı məqamlara diqqətli yanaşacaq səviyyədə deyillər. Bunu nəzərə alan siyasi texnoloqlar da məhz Rusiyanın Ermənistan üçün önəmini belə uydurma ssenarilər ilə qabartmağa üstünlük verirlər.



    Halbuki, bir qədər diqqətli olmaqla, bu məlumatın uydurma olduğunu ortaya çıxartmaq da mümkündür. Məsələn, ABŞ səfiri Linn Treysinin Sünikə erməni baş nazirlə eyni vaxtda səfərinə, bir də naməlum Azərbaycan təmsilçisini əlavə etməklə, Azərbaycan hərbçilərinin "Qaragöl" ətrafında mövqe tutması ilə “əlaqə qurmağa” çalışıblar. Elə yalnız bu məqam Rusiyaya bağlı Köçəryan blokunun "yalan maşını"nı işə salarkən, ciddi səhvə yol verdiyini göstərir.

    Nəhayət, Ermənistan cəmiyyətinin qorxudulması məqsədilə daha bir iddia ortaya atıblar. Həmin iddiada bildirilir ki, əgər, seçicilərin mütləq əksəriyyəti R.Köçəryanın blokuna səs verməzsə, Paşinyan hakimiyyəti öz məğlubiyyətini etiraf etməyəcək. Və özünü qorumaq üçün bütün mümkün vasitələrlə müqavimət göstərməyə çalışacaq.

    İddianın müəllifləri xəbərdarlıq edirlər ki, əgər, bu iki siyasi qüvvə arasında qarşıdurma baş verərsə, Ermənistanda vətəndaş müharibəsi qaçılmaz ola bilər. Bu isə onu göstərir ki, Qarabağ klanı R.Köçəryanı hakimiyyətə gətirmək üçün Ermənistan cəmiyyətini “vətəndaş müharibəsi” ilə şantaj edir. Və bu məsələdə Azərbaycan faktorunun Ermənistanda daxili siyasi proseslərə ciddi təsir göstərməsindən də faydalanmağa çalışır./musavat.com

    Oxunub: 317
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.