İranda prezident seçkiləri -
72 min məntəqə hazırlanıb
İranda 59 milyon 310 min 307 nəfər səsvermə hüququna malik insan var. Onlar ölkə üzrə 72 min səsvermə məntəqəsində seçkilərdə iştirak edə bilərlər. Yerli KİV bildirir ki, bunu İranın Daxili İşlər Nazirliyinin seçki qərargahının nümayəndəsi İsmayıl Müsəvi deyib. O bildirib ki, 24 vilayətdə elektron səsvermə keçiriləcək. Buna görə də həmin vilayətlərdə seçki qutusuna ehtiyac olmayacaq.
Qeyd edək ki, iyunun 18-də İranda 13-cü prezident seçkiləri keçiriləcək. Mayın 28-dən başlayaraq namizədlər təbliğat kampaniyası aparırlar. Təbliğat kampaniyası iyunun 16-dək davam edəcək. İyunun 17-də “sükut günü” olacaq, 18-də isə seçkilər keçiriləcək.
Oxunub: 335
Xəbəri paylaş
Paylaş: