"Masallıda 14 yaşlı qızın nişanlanmasının qarşısı alınıb"- Dövlət Komitəsi
Bunu APA-ya açılamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu deyib.
O bildirib ki, baş vermiş xoşagəlməz hadisənin qarşısı alınıb: “Baxmayaraq ki, mərasim hər iki ailənin, nişan mərasimi baş tutan azyaşlının və onunla nişanlananın razılığı ilə baş tutub. Hüquq-mühafizə orqanları və rayon icra hakimiyyətinin nümayəndələri ailədə olublar. Hər iki ailə məlumatlandırılıb ki, əgər toy mərasimi təşkil olunarsa, qanunvericiliyə uyğun tədbir görüləcək. 18 yaşadək bu toy başa tuta bilməz”.
Oxunub: 437
Xəbəri paylaş
Paylaş: