Ermənistan Azərbaycan ərazisinə keçən diversant haqda açıqlama yaydı: "Yolu azıb"

Ermənistanın Müdafiə nazirliyi eerməni əsgərinin Azərbaycan ərazisinə keçməsini təsdiqləyib.
“Armenian News” xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
“Müqaviləli hərbi qulluqçu, Ermənistan Silahlı Qüvvələrinin “N” hərbi hissəsinin əsgəri A. Katanyan, 8 iyun tarixində duman ucbatından səmti itirərək Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan əraziyə keçib”.
Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti A. Katanyanın təxribatçı olmadığını bildirib.
Oxunub: 401
Xəbəri paylaş
Paylaş: