Azərbaycanın “qara siyahı”ya saldığı erməni şərhçi ilə bağlı QALMAQAL

Rusiyanın “Matç TV” telekanalının şərhçisi Nobel Arustamyanın AVRO-2020-yə akkreditasiya olunması ilə bağlı məsələ gərginlik yaradıb.
Rusiya KİV xəbər verir ki, vaxtı ilə Qarabağa qanunsuz səfər etdiyi üçün şərhçi Azərbaycanın XİN-nin “qara siyahı”sına salınıb. UEFA-nın qərarına görə isə, çempionata ev sahibliyi edəcək ölkələrdən hər hansı birinə girişi qadağan olunmuş jurnalistlər digər ölkələrdə keçiriləcək matçları da işıqlandıra bilməz.
Məsələyə Rusiya XİN-i də qarışıb.
“UEFA idman şərhçisinin professional fəaliyyət göstərməsi üçün varinatları yoxlayır”-deyə açıqlamada deyilir./modern.az
Oxunub: 300
Xəbəri paylaş
Paylaş: