İstanbulda PKK-ya qarşı növbəti əməliyyat keçirilir

İstanbulda PKK terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat keçirilir.
Yerli KİV bildirir ki, terror təşkilatının üzvləri ilə bağlı cinayət işi üzrə aparılan istintaq çərçivəsində daha 11 nəfərin saxlanılması barədə qərar qəbul olunub. Həmin şəxslər terror təşkilatına maddi dəstək göstərməkdə təqsirləndirilirlər. Bu məqsədlə iyunun 9-da səhər saatlarından etibarən şəhərin yeddi rayonunda axtarış aparılıb.
On iki ünvanda aparılan əməliyyatlar zamanı saxlanılanlar arasında Xalqların Demokratik Partiyasının (HDP) İstanbulun Bəyoğlu rayon təşkilatının həmsədri Mehmet Sait Bor da var.
Əməliyyatlar davam etdirilir.
Oxunub: 241
Xəbəri paylaş
Paylaş: