DYP AVRO-2020 ilə bağlı vətəndaşlara müraciət edib
İdarənin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Report-un sorğusuna cavab olaraq bildirib ki, Bakı Olimpiya Stadionu istiqamətinə yalnız xüsusi məntəqələrdən ayrılmış ictimai nəqliyyatlardan istifadə edilməsi tövsiyə edilir:
Eyni zamanda metronun “Koroğlu” stansiyasından azarkeşlər sərbəst piyada hərəkət edə bilər. Səməd Vurğun parkı yanından, metronun “Qara Qarayev” stansiyası ətrafından ayrılmış xüsusi avtobuslarla hərəkət təşkil ediləcək”.
“Bakı Olimpiya Stadionu və onun ətrafı əməkdaşlarımız tərəfindən tam nəzarətə götürülüb. Təhlükəsizlik tədbirlərinin görülməsi üçün bütün zəruri tədbirlər həyata keçirilib.