Qarabağda döyüşmüş livanlı muzdlu terrorçu məhkəmədə son söz deyib -
FOTOLAR
Bu gün Yasamal Rayon Məhkəməsində Qarabağda döyüşən livanlı muzdlu terrorçu Eulcekcian Viken Abrahamın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı edib.
O, müvəkkili barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Daha sonra təqsirləndirilən şəxs son söz deyib. Livanlı muzdlu terrorçu da barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib.
Məhkəmə kollegiyası hökm qəbul etmək üçün müşavirəyə yollanıb.
Hökm iyunun 14-də elan ediləcək.
Hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə yerli və xarici kütləvi informasiya vasitələrinin, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, beynəlxalq statuslu nümayəndələr iştirak edirlər.
Report-un xəbərinə görə, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçiriləcək prosesdə təqsirləndirilən şəxsin vəkilinin müdafiə çıxışı, V.Eulcekcianın son sözü və ona hökm oxunması gözlənilir.
Xatırladaq ki, ötən məhkəmə iclasında dövlət ittihamçısı çıxış edib. Prokuror çıxışında təqsirləndirilən şəxsin azadlıqdan 20 il məhrum edilməsini istəyib.