Ali məktəblərə qəbul imtahanlarının tarixləri elan olundu - QRAFİK
Ali təhsil müəssisələrinə qəbul imtahanlarının tarixləri elan olunub.
Bu barədə Report-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının II mərhələsi, əvvəlki illərin məzunları üçün qəbul imtahanlarının I və II mərhələsi, əlavə tədris və xarici dil imtahanlarının aşağıdakı qrafikə uyğun keçirilməsi planlaşdırılır.
Ali təhsil müəssisələrinə qəbul imtahanlarının 2-ci mərhələsinin 2-ci cəhdinin keçirilib-keçirilməməsi haqqında avqust ayında respublikada mövcud olacaq sanitar-epidemioloji vəziyyətə uyğun olaraq qərar veriləcək.
S/s | İmtahanın adı | Keçirilmə tarixi |
1. | - Əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı; - Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı; - qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan; - Buraxılış imtahanında üzrlü səbəbdən iştirak edə bilməyən XI sinif şagirdləri üçün buraxılış imtahanı. | 1 iyul |
2. | Bakalavriat səviyyəsinə qəbul imtahanı (II mərhələ), 1-ci cəhd: | |
III ixtisas qrupu | 14 iyul | |
II qrupu | 15 iyul | |
I ixtisas qrupu | 27 – 28 iyul | |
IV ixtisas qrupu | 28 iyul |
Oxunub: 480
Xəbəri paylaş
Paylaş: