Avropa Liqası: 1/8 final mərhələsinin püşkü atılıb
Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.
İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə gələn ay üz-üzə gələcək 8 cütlük müəyyənləşib.
Onlardan birində bu gün üz-üzə gələcək “Zalsburq”la “Ayntraxt” arasında duelin qalibinin rəqibi müəyyənləşib. Digər 7 cütdə isə hər iki komanda artıq bəllidir.
Qonşu Türkiyənin avrokuboklarda mübarizəni davam etdirən yeganə təmsilçisi “Başakşəhər” də rəqibini tanıyıb. İstanbul klubu 1/8 finalda “Kopenhagen” ilə görüşəcək. İlk matç evdə təşkil olunacaq.
Qeyd edək ki, 1/8 finalın oyunları martın 12-də və 19-da keçiriləcək./Apasport.az
Oxunub: 315
Xəbəri paylaş
Paylaş: