"Prezident Bayden Trampdan çox fərqlənir"-
Putin Baydenin ona qatil deməsindən narahat deyil
Rusiya prezidenti Vladimir Putin Amerika lideri Co Baydenin onunla bağlı qalmaqallı açıqlamalarından narahat olmadığını söyləyib.
Report xəbər verir ki, bu barədə Putin “NBC”yə verdiyi müsahibəsində bildirib.
Qeyd edək ki, Bayden Putini qatil adlandırmışdı.
“Mən həmişə Rusiya xalqının və Rusiya dövlətinin maraqları naminə fəaliyyət göstərmişəm. Fərqli etiketlər isə narahat olduğum bir şey deyil. Prezident Bayden, əlbəttə ki, Trampdan çox fərqlənir. Ağ Evin hazırkı rəhbəri praktiki olaraq ömrünün böyük hissəsini siyasətə həsr edib. Ümid edirəm ki, amerikalı həmkarım heç bir impulsiv addım atmayacaq”, - Putin deyib
Oxunub: 311
Xəbəri paylaş
Paylaş: