Bu ilin ən zəngin adamları açıqlanıb – REYTİNQ

“Hurun” reytinq agentliyinin son araşdırmasının nəticələrinə görə, dünyada milyarderlərin sayı 346 nəfər artaraq 2 816 nəfərə çatıb.
Onların ümumi sərvəti 11,2 trln. ABŞ dolları dəyərində qiymətləndirilir.
Son 5 ildə dünya milyarderlərinin ümumi sərvəti 66% artıb. Ən zəngin insanlar siyahısının ilk onluğunda yer almış milyarderlərin ümumi sərvəti təxminən 1 trln. dollar təşkil edir.
Bu il siyahıda 40 yaşınadək olan 90 milyarder yer alıb ki, bu da ötən illə müqayisədə 5 nəfər çoxdur. Onlardan 54-ü sərvətlərini özləri əldə edib, 36-nın sərvəti isə onlara miras qalıb.
2020-ci ilin ən zəngin adamları:
# | Milyarder | Sərvəti, mlrd. dollar |
1 | Cozeff Bezos | 140 |
2 | Bernar Arno | 107 |
3 | Bill Qeyts | 106 |
4 | Uorren Baffet | 102 |
5 | Mark Tsukkerberq | 84 |
6 | Amansio Orteqa | 81 |
7 | Karlos Slim | 72 |
8 | Sergey Brin | 68 |
9 | Larri Peyc | 67 |
9 | Mukeş Ambani | 67 |
9 | Stiv Balmer | 67 |
Oxunub: 483
Xəbəri paylaş
Paylaş: