SABİQ REKTORUN RESTORANINDA BİR GÜNDƏ İKİ TOY - Qaydalar kobud şəkildə pozuldu /VİDEO
Bu gün BDU-nun sabiq rektoru, akademik Abel Məhərrəmova məxsus “Mona Liza” restoranında ölkə ərazisində tətbiq edilən karantin rejiminə əməl edilmədən, yəni Nazirlər Kabineti Yanında Operativ Qərərgahın qayda və qanunları kobud şəkildə pozularaq toy məclisi təşkil olunub.
Restoranda 11 iyun 2021-ci il tarixində iki toy məclisi təşkil edilib. Qonaqların verdiyi məlumata görə, bəylərdən birinin adı Orxan, digərinin adı Həsən olub. Hər iki toy mərasimi restoranın həyətində keçirilib.
Qeyd edək ki, ötən gün İsmixan Mirzəyev və daha bir neçə şəxs Abel Məhərrəmova məxsus Mona-Liza restoranında bar, mebel və digər işlərin görülməsi müqabilində onların pullarının ödənməməsi iddiası ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmə prosesi qalmaqalla yadda qalmışdı.

Oxunub: 296
Xəbəri paylaş
Paylaş: