Hulusi Akar Rusiyanın bəyanatına sərt cavab verdi –
"Hətta ambulansları da vurdular"
“Hərbi birliklərimizin yerləşdiyi mövqelər əvvəlcədən Rusiyanın ərazidəki yetkililəri ilə koordinasiya edilməsinə baxmayaraq, bu hücum gerçəkləşdirilib”.
Bu sözləri Türkiyənin Müdafiə naziri Hulusi Akar Rusiyanın bəyanatına cavab verərkən səsləndirib.
Xatırladaq ki, Kreml Suriyada Türkiyə konvoyuna hücumla bağlı bəyanatında türk hərbçilərinin həmin ərazidə olmaları barədə TSK tərəfindən hər hansı bilgi verilmədiyini bildirib.
General Akar isə qeyd edib ki, ilk atəş zamanı Rusiya tərəfinə xəbərdarlıq edilib, amma qarşı tərəf reaksiya verməyib: “Hava hücumu zamanı ambulanslar da daxil olmaqla, hər bir texnika vurulub”.
Oxunub: 466
Xəbəri paylaş
Paylaş: