Türkiyə Rusiyadan nümayəndə heyəti gözləyir - Ərdoğan anons edib
Rusiya nümayəndə heyəti yaxın vaxtlarda Antaliyaya gələcək və orada Türkiyə ilə dayandırılmış aviareyslərin bərpası imkanlarını müzakirə edəcək. İki ölkə arasında aviaəlaqə Covid-19 koronavirus infeksiyası səbəbilə, yazda dayandırılıb.
Rusiyadan ekspertlərin tezliklə gəlişi barədə iyunun 11-də Türkiyənin prezidenti Rəcəb Tayyip Ərdoğan xəbər verib.
«Rusiyadan Antaliyaya nümayəndə heyəti turizmin bərsını müzakrə etmək üçün gələcək» - o, cümə günü jurnalistlərə deyib. Xəbəri «Anadolu» dövlət informasiya agentliyi yayıb.
Bundan əvvəl Rusiya Turizm Sənayesi İttifaqının (RTİ) vitse-prezidenti Yuri Barlıkin xəbər verib ki, Rusiya və Türkiyə arasında uçuş proqramı iyulda bərpa oluna bilər.
«Rosturizmə Türkiyə üzrə bəyan olunub ki, yaxın vaxtlarda - iyul ayından uçuş proqramları bərpa olunacaq» - o, deyib və həmin ehtimalı Türkiyə kurortlarında və ölkənin digər şəhərlərində Covid-19 infeksiyasının səngiməsi ilə izah edib.
Oxunub: 412
Xəbəri paylaş
Paylaş: