Rusiya və Çinin toplam büdcəsi bizim büdcəni üstələyir - Mark Milli
Çin və Rusiyanın toplam müdafiə büdcəsi Amerika Birləşmiş Ştatlrının (ABŞ) hərbi büdcəsini üstələyir - alıcılıq qabiliyyəti pariteti ilə. Bu barədə ABŞ Silahlı Qüvvələrinin (SQ) Birləşmin Qərargah rəisləri Komitəsinin sədri, general Mark Milli bəyan edib. Xəbəri iyunun 11-də «Amerikanın səsi» yayıb.
ABŞ generalının sözlərinə görə, bu, Çinə müdafiə imkanları arasındakı fərqi azaltmağa və bununla da yüzilliyin ortasına dünyaın aparıcı hərbi gücünə çevrilmək məqsədini reallaşdırmağa imkan verir.
«Rusiya və Çinin toplam büdcəsi bizim büdcəni üstələyir» - Mark Milli silahlı qüvvələr üzrə senat komitəsində çıxış edərkən təsdiqləyib.
O, qeyd edib ki, Çində müdafiə xərclərinin artması üzrə bu tendensiya «narahatlıq» doğurur.
ABŞ xəbər xidməti qeyd edir ki, Ceyms Mettisdən tutmuş Lloyd Ostinə qədər müdafiə nazirləri Çin Xalq Respublikasını (ÇXR) ABŞ SQ üçün «başlıca çağırış» adlandırıblar.
Respublikaçı senator Cim İnxof bu yaxınlardakı məqaləsində yazıb ki, Çinin müdafiə büdəsi alıcılıq qabiliyyəti pariteti üzrə 604 milyard dollar, Rusiyanın büdəsi isə 200 milyard dollar təşkil edir.
Oxunub: 298
Xəbəri paylaş
Paylaş: