Çində bazarda partlayış olub: 11 nəfər ölüb, 144 nəfər yaralıanıb

Bu barədə ölkənin Mərkəzi Televiziyası məlumat yayıb.
Qeyd edilir ki, hadisə Çjanvan rayonunda, ərzaq bazarının olduğu yaşayış kompleksində qeydə alınıb. Hadisəyə qaz sızması səbəb olub. Partlayış dalğası 40-a yaxın ticarət köşkünü dağıdıb.
Bazar partlayış zamanı artıq fəaliyyətdə imiş, xeyli adam səhər yeməyi yeyirmiş.
Telekanalın məlumatına görə, xilasedicilər dağıntılar altından 144 yaralını çıxarıblar, onların hamısı xəstəxanalara yerləşdirilib. Yaralılardan 37-si ağır vəziyyətdədir.
Hadisə zamanı 11 nəfər həlak olub.
Oxunub: 391
Xəbəri paylaş
Paylaş: