Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • PREZİDENT: “BİZ AVROPA İLƏ NİYƏ BU SAZİŞİ İMZALAMALIYIQ?” – Dövlət başçısı islahatlardan danışdı; məmurlara xəbərdarlıq etdi - MÜSAHİBƏNİN TAM MƏTNİ (FOTO, VİDEO)
  • PREZİDENT “ROSSİYA-24” KANALINDA AVROPA İTTİFAQINI TƏNQİD ETDİ: "Bu, saziş deyil, yuxarıdan göndərilən təlimatdır"
  • Azərbaycan mətbuatı: islahatlara daha çox ehtiyacı olan dördüncü hakimiyyət…
  • BUMERANQ -NƏ ƏKƏRSƏN, ONU BİÇƏRSƏN
  • Konstitusiya Məhkəməsinin Milli Məclisin buraxılması barədə qərarı- TAM MƏTN
  • Elxan Şükürlü: “İNSANIN ÜMİD VƏ GÖZLƏNTİSİ BİTƏNDƏ HƏRƏKƏT BAŞLAYIR”

    • Tarix: 28-02-2020, 21:42



    Məlum olduğu kimi, Mərkəzi Seçki Komissiyası (MSK) 9 fevral seçkiləri ilə bağlı araşdırma prosesini başa çatdıraraq, yekun sənədi hüquqi qüvvəyə minməsi üçün Konstitusiya Məhkəməsinə göndərib. Hazırda MSK-nın elan etdiyi nəticələrin mövcud reallıqları nə dərəcədə əks etdirib-etdirmədiyi, eləcə də Konstitusiya Məhkəməsinin rəyinin necə olacağı ekspert dairələrində ciddi müzakirə mövzusudur. Konstitusiya Məhkəməsinin qərarının fərqli ola biləcəyini də, MSK-nın elan etdiyi yekun rəyin olduğu kimi saxlanacağını da düşünənlər az deyil. Bəs, ümumiyyətlə bu seçki prosesi qarşıdakı siyasi hadisələrə necə təsir edəcək?
    AYNA-nın mövzu ətrafında suallarını “Strateq.az” analitik-informasiya saytının rəhbəri Elxan ŞÜKÜRLÜ cavablandırıb.

    – Elxan bəy, Azərbaycanda növbədənkənar parlament seçkiləri artıq başa çatıb. Seçkidən qabaq AYNA-ya demişdiniz ki, bu seçkilər hakimiyyətin islahatlar siyasətinə yekun qiymətin verilməsi baxımından çox önəmli hadisə olacaq. İndi qiymətləndirməniz necədir: seçki prosesinin gedişi və nəticələr hakimiyyətin islahat siyasətinə adekvat oldumu?

    – Təəssüf ki, yox. Əksinə, düşünürəm ki, bu parlament seçkiləri ilə hakimiyyət ötən ilin payızından bəri cəmiyyətdə yaranmış islahat ümidlərinə çox böyük zərbə vurmuş oldu.
    Bu seçkilərin hələlik görünən yeganə nəticəsi odur ki, hakimiyyət özünə yeni nəsil müdafiəçilər ordusu yaratmaq və üzərindəki bir xeyli çirkabı da təmizləmək fürsətini qaçırmaqla yanaşı, həm öz ənənəvi sosial bazasında, həm də islahat çağırışlarından ümidlənmiş bitərəf təbəqədə xeyli məyusluq və narazılıq əhvalı yaradaraq, “köhnələr”in və müxalifətin xeyrinə fikirlərə rəvac verdi.

    – Konkret nəyə əsaslanıb bunu deyirsiniz?

    – MSK-nın elan etdiyi yekun nəticələrə. Bircə fakt hər şeyə işıq salır və başqa arqumentlər sadalamağa heç ehtiyac qalmır. Baxın, parlamentin özünü buraxması və 9 fevrala növbədənkənar seçki təyini rəsmi şəkildə onunla əsaslandırılırdı ki, guya, qanunverici orqan Prezidentin islahatlar siyasətinin sürəti ilə ayaqlaşa bilmir. Açığı, Nazirlər Kabinetində və Prezident Administrasiyasında, yəni hakimiyyətin icraedici qanadındakı ciddi kadr dəyişikliklərindən sonra cəmiyyətdə xeyli ümid də yaranmışdı ki, qanunverici orqanın buraxılması onun tamamilə yeni, oliqarxiyadan uzaq simalardan təşkili zərurətindən qaynaqlanır. Ancaq indi MSK-nın elan etdiyi nəticələr aydınlaşdırır ki, 2 ay əvvəl “islahatlara yükük” deyərək özünüburaxmışların, təxminən, 80 nəfərini təzədən deputat ediblər…

    – Yəni, seçiliblər yox, məhz “deputat ediliblər” deyirsiniz?

    – Bəli, düz eşitdiniz, məhz deputat ediliblər! Mən 22 ildir Azərbaycanda siyasi proseslərin və seçki sisteminin içindəyəm – seçki komissiyalarının təşkilindən tutmuş, seçkilərin necə keçirildiyinədək ən xırda detalları belə, dəqiqliyi ilə bilən adamlardanam. Deputat olanların özləri də yaxşı bilir ki, hakimiyyət istəməsəydi, onların heç biri deputat ola bilməzdi.
    İnanın, əgər hakimiyyət yeni parlament vitrinini cəmiyyətdə hörmət və nüfuzu olan tamamilə yeni və qabiliyyətli simalardan formalaşdırsaydı, bu, Prezidentin islahat siyasətinə daha çox fayda verərdi, nəinki 15-20 il deputat kürsüsünü məşğul etmiş “ət parçaları”nı təzədən orada əyləşdirməklə. Çox təəssüf ki, yeni Milli Məclisdə hakimiyyətə rəğbəti artıracaq, cəmiyyətin dəstəyini qazandıracaq, həqiqi islahat yükünün ağırlığını və məsuliyyətini öz çiyinlərinə götürə biləcək yeni və xalqa bağlı hazırlıqlı simalar azlıq təşkil edir. Düzdür, yaxşı tanıdığım və deputatlğa layiq bir neçəsi də keçib, ancaq onlar bu çoxluqda, necə deyərlər, suyu durulda bilməyəcəklər.

    – Təxminən, 40 nəfərədək şəxs ilk dəfə deputat olur…

    – Axı elə etmək olardı ki, Məclisin 40 yox, azı, 80 deputatı yeni simalar olsun. Çünki yeni adamlar həm də cəmiyyətə islahatlarla bağlı yeni inam aşılamaq, ümid vermək deməkdir. Nə ehtiyac vardı ki, 15-20 il deputat olanları və deputatlıq müddətində də heç bir uğurlu fəaliyyəti ilə yadda qalmayanları, öz evində, kəndində belə, hörməti olmayanları təzədən deputat etməyə, onlara görə dövlətin imicini korlamağa?! Vacibiydimi, tutaq ki, mənim doğulduğum Şahbuz rayonunun – Şahbuz-Babək seçicilərinin siması, təmsilçisi 15-20 ildir bu dairənin dəyişməyən deputatı Siyavuş Novruzovun qəhvəyi sifəti olsun?! Axı cəmiyyət həm də belə simalardan yorulub, bezib! Görürsünüz, sosial şəbəkələrdə adamı necə ələ salır, aşağılayırlar?! Hələ, guya bu, içlərində babatlarıdır. Anlayıram, adamları xidmətləri və sədaqətləri müqabilində mükafatlandırmaq gərəkdir, ancaq onların çoxu xidmətlərinin qarşılığını indiyədək qat-qat artıqlaması ilə alıblar axı. İndi isə Prezidentə ən böyük xidmətləri və həqiqi sədaqətləri o olardı ki, keçmişlərini gözə soxmadan sakitcə kənara çəkiləydilər və öz yerlərini də, demirəm müxalifət və ya bitərəflərə, elə yeni nəsil hakimiyyət müdafiəçiərinə buraxaydılar.
    İnanın, köhnə, ictimai rəydə nüfuzdan düşmüş həmin deputatlar tamamilə kənara çəkilsəydilər, təzədən namizədliklərini irəli sürməsəydilər və parlament də yeni simalardan təşkil olunsaydı, heç ortaya bu qədər saxtakarlıq faktları da çıxmayacaqdı, seçkilər bu qədər urvatdan salınmayacaqdı.

    – MSK cəmi 4 dairədə nəticələri ləğv etdi. Sizcə, Konstitusiya Məhkəməsi daha bir neçə dairədə də nəticələri ləğv edə bilərmi?

    – Mən MSK üzvlyünə rəsmi namizəd olmuşam və bu qurumun özünün necə saxtkarlıqla formalaşdırıldığının canlı şahidiyəm. Mayası saxtakarlıqdan yoğrulmuş bir qurum indi necə haqqın-ədalətin müdafiəçisi ola bilər?! MSK o dairələri ona görə ləğv etdi ki, sosal şəbəkələrdə yayılmış kütləvi qanun pozuntularını, ağır cinayət əməllərini heç cürə gizlətmək mümkün deyildi və heç kəs də nəticələri ləğv olunmuş namizədlərə görə cinayət məsuliyyətini öz üzərinə götürmək, onun altına girmək istəmədi. Ancaq eyni zamanda digər namizədlərə də ruhlanıb seçki prosesini bütövlükdə kölgə altına salmağa imkan verməmək üçün 4 dairə və yekuna təsir etməyən xeyli məntəqədə nəticələrin ləğvi ilə kifayətlənildi.
    Mümkündür ki, Konstitusiya Məhkəməsi də məhkəmə müstəqilliyi görüntüsü yaratmaq üçün hansısa dairənin nəticələrini ləğv etsin, ancaq bu, bütövlükdə yeni parlamentə münasibəti dəyişməyəcək. Münasibəti dəyişmək üçün, heç olmasa, əlavə 5-6 dairənin nəticələri ləğv edilməlidir ki, cəmiyyətdə və beynəlxalq aləmdə təkrar seçkilərə maraq, siyasi islahatlara ümidlənmiş şəxslərdə və siyasi təşkilatlarda isə yeni rəqabət meyli, həvəsi yaransın…
    Üstəlik, təkrar seçkilərin təşkili yeni formalaşacaq MSK-nın üzərinə düşəcək ki, bu da hakimiyyətə əvvəlki səhvləri aradan qaldırmaq imkanı verər və yeni siyasi dvidentlər qazandırar.

    – Nəticələrə çoxsaylı etirazlar oldu, MSK-nın qarşısında kütləvi aksiyalar keçirildi. Bu aksiyaları və onların yatırılmasında polisin davranışını necə qiymətləndirirsiniz? Çünki sosial şəbəkələrdə bu mövzuda da geniş dartışmalar oldu. Bəziləri hesab edirlər ki, polis etirazçılara ənənəvi müxalifətdən çox fərqli münasibət göstərib.

    – Bu seçkilərin xüsusilə yaddaqalan cəhətlərindən biri o oldu ki, yeni texnologiyanın və sosial şəbəkələrin imkanlarından yararlanan xeyli bitərəf gənc, müstəqil insanlar özlərini cəmiyyətə təqdim edə bildilər. Diqqət yetirsəniz, görərsiniz ki, seçki saxtakarlıqlarını da daha çox məhz onlar ortaya çıxardılar, ifşa etdilər. Bir qədər də dəqiq desək, biz bu seçkidə “Facebook” və “Youtube”un yetişdirdiyi Azərbaycan gəncliyinin ilk mübarizə örnəklərini, nümunələrini və hətta bəzi yerlərdə kiçik qələbələrini də müşahidə etdik.
    Hakimiyyət bundan dərs çıxarmalıdır. Anlamalıdır ki, artıq əvvəlki idarəetmə yeriməyəcək, elə bir nəsil yetişib ki, onun illərdir qurduğu qapalı sistemi bircə anda, bircə çəkilişlə, bircə uğurlu ifadəylə söküb dağıdır, ictimai rəyi tamamilə öz lehinə çevirə bilir. İndi hakimiyyət ya bu gəncliyi qarşısına alıb onları itələyib zorla ənənəvi müxalifətin sosial bazasına çevirməlidir, ya da fərqli davranışla onların üçüncü bir güc kimi ortaya çıxmasına əngəl olmamalıdır. Məncə, etirazçılara qarşı polisin həmişəkindən fərqli davranışı həm də bundan qaynaqlanır. Polis qanunla öz üzərinə düşən missiyanı yerinə yetirir, etirazların böyüyüb ictimai asayişi pozmasına və sabitliyə təhlükə yaratmasına da imkan vermir, ancaq eyni zamanda zorakı metodlar da tətbiq etmir. Çünki başa düşür ki, oraya toplaşanlar məqsədli şəkildə ölkədə gərginlik yaratmağa çalışanlar yox, öz qanuni haqlarını sivil yolla tələb edənlər, hüquqlarının pozulduğunu ölkə rəhbərliyinə çatdırmaq, şikayətlərinə baxılmasını istəyənlərdir, “aç qapını, gələk, səni öldürək” deməyənlərdir. Polislə məqsədli qarşıdurma yolu seçməyənə polis niyə zor tətbiq etməlidir ki? Məgər polis bu xalqın övladları deyil?!

    – Yeni etiraz aksiyaları təyin olunub. Nə gözləyirsiniz? Sizcə, Konstitusiya Məhkəməsi MSK-nın nəticələrini olduğu kimi təsdiqləyərsə, bu, narazıların ənənəvi müxalifətlə, konkret desək, seçkiləri boykot etmiş Milli Şura ilə birgə yeni kütləvi aksiyalara başlamasına rəvac verə bilərmi?

    – Sosial şəbəkədə gedən müzakirələrdən anlaşılan odur ki, Milli Şura və burada da dominant mövqeyə sahib olan AXCP seçkilərə qatılan REAL və Müsavatın cəmiyyətdə gerçək müxalif qüvvə kimi imicini itirmələrində maraqlıdır. Ona görə də xüsusən yeni parlamentdə artıq tanınmış hüquqşünas Erkin Qədirlinin timsalında 1 mandatla təmsil olunmuş REAL-ı mümkün qədər çox ictimai basqı altında saxlayır, onları hakimiyyətlə separat sövdələşmədə ittiham edirlər. Əgər REAL, xüsusən də onun sədri, keçmiş siyasi məhbus, Qərb dairələrində xeyli populyar olan İlqar Məmmədov AXCP-nin bu basqısından qorxub geri çəkiləcək və Erkin Qədirlini meydanda tək buraxacaqsa, bu, AXCP-nin mövqeyini gücləndirəcək; müdafə edəcəksə, tamam başqa situasiya yaradacaq. Çünki hakimiyyət REAL-ın timsalında yeni Qərbyönümlü müxalifətin meydana çıxmasında maraqlıdır, bu işdə isə Erkin Qədirlinin üzərinə böyük missiya düşəcək. Ona görə də mən yaxın vaxtlarda REAL-ın AXCP və Milli Şura ilə eyni mövqedən çıxış edəcəyini gözləmirəm. Əksinə, mümkündür ki, REAL təmsilçilərindən kimsə təkrar seçkilərə qatılmaq mövqeyi tutsun. REAL-dan kimlərinsə gedib AXCP-yə qoşulması da gözləniləndir, ancaq bu, kütləvi xarakter daşımayacaq. Eyni zamanda Qərb düşüncəli, Qərbə inteqrasiya tərəfdarı olan bəzi fəal gənclərin isə daha çox REAl-ın ətrafında təmərküzləşəcəyi gözləniləndir.

    – Bəs Müsavat Partiyası? Onlar necə, Milli Şura ilə yenidən yaxınlaşa bilərlərmi?

    – Müsavat Partiyası da çox ümidliydi ki, boykotçuların mövqeyinə zərbə vurmaq və seçkilərə legitimlik qazandırmaq müqabilində onlara mandat tanınacaq, ancaq nədənsə hakimiyyət buna da getmədi… Məncə, Arif Hacılı-İsa Qəmbər dueti qarşıdakı mərhələdə mövqelərini Əli Kərimlinin xeyrinə itirməmək və itmiş imiclərini bərpa etmək üçün yalnız Milli Şura ilə deyil, müxalifətin daha geniş koalisiyasının yaradılması təşəbbüsü ilə çıxış edəcəklər və yenidən sabiq Səhiyyə naziri Əli İnsanovla yaxınlaşma kursu seçəcəklər.

    – Əli İnsanovdan söz düşmüşkən, onun hakimiyyətdən vurulmuş məmurlarla, yəni “köhnə qvardiya” ilə müxalifət arasında körpü rolu oynaya biləcəyi imkanlarını nə dərəcədə real hesab edirsiniz?

    – Həbsdən çıxandan sonra verdiyi açıqlamalardan, konkret ünvanlı mesajlarından və ehtiyatlı davranışlarından görünür ki, sabiq Səhiyyə nazirinin bütün hesabı elə bunadır. Yəni, o, hakimiyyətin klan əsasının dəyişəcəyi və sosial-siyasi narazılıqların güclənəcəyi təqdirdə, həm hakimiyyətdən vurulmuş köhnə əliyevçilərin və həm də müxalifətin ətrafında birləşəcəyi, üstəlik, Qərb xəttini tutmuş siyasi lider kimi ortaya çıxmaq istəyindədir. Açığı, hakimiyyətin yanlış addımları da onun mövqeyini gücləndirir.
    Əgər hakimiyyət cəmiyyətin gözlədiyi islahatları ən qısa müddətdə həyata keçirə bilməsə, bu, əhalinin haqlı narazılığını getdikcə daha da gücləndirəcək. Bilirsiniz, insanın ümid və gözləntisi tükənəndə, hərəkət başlayır. İndi Azərbaycan cəmiyyəti ümid və gözləntilərinin bitib-tükəndiyi bir dövrü yaşayır. Əvvəllər hakimiyyətin bütün nöqsanlarını üzərinə yıxmağa bir “köhnələr” deyilən anlayış vardısa, indi artıq o “köhnələr” də yoxdur ki, islahatlara mane olduqlarını deyək. Əksinə, hələ Ağstafa, Yevlax və Neftçalanın icra başçılarının həbsi göstərdi ki, cəmiyyət belə addımlara, sanki, tamarzıdır. Yeni idarəetmə qaydalarına alışa bilməyən, dövlət vəzifəsinə ancaq xalqı talamaq və sərvət toplamaq vasitəsi kimi baxan məmurların həbsindən və müqavimətindən qorxmaq, çəkinmək lazım deyil. Çünki hakimiyyətin itirdiyi cinayətkar məmur oliqarxiyası olacaqsa, qazandığı da xalq sevgisi, xalq rəğbəti olacaq – hansı ki, hakimiyyətin indi buna həddən artıq ehtiyacı var.

    – Bu parlamentin müvəqqəti olduğunu, ölkədə növbədənkənar yeni seçkilərin keçiriləcəyini deyənlər də az deyil. Siz necə, bunu real sayırsınızmı?

    – Seçki siyasi fəallıq, cəmiyyəti hərəkətləndirmək deməkdir. Hakimiyyət isə belə fəallıqda maraqlı deyil. Birtəhər bir parlament seçkiləri keçiriblər, hələ onun səs-küyündən qurtula bilmirlər, bilmədiyimiz fövqəladə bir hal yoxdusa, yenidən növbədənkənar seçkiyə getməyə nə ehtiyac var? Əksinə, hakimiyyət həm köklü islahatlar, həm də Qarabağla bağlı konkret əməli addımlar atmaq üçün geniş vaxt limiti əldə etmiş olub.

    – Yeni parlamentin Rusiyanın istəyi ilə və Qarabağla bağlı gözlənilən mümkün sülh sazişinin təsdiqi üçün formalaşdırıldığı iddiası da səslənir…

    – Azərbaycanın siyasi elitasının mövqeyinə Rusiyanın ciddi təsirinin olduğu tarixi gerçəklikdir. Və Rusiyanın Qarabağla bağlı təklif etdiyi həll variantlarında əsas istəyinin nə olduğu da bəllidir. Bu variantlar ilk baxışdan Azərbaycan üçün cəlbedici görünə bilər, ancaq strateji baxımdan hamısı bizim əleyhimizədir. Prezident İlham Əliyev isə Azərbaycanın ərazi bütövlüyünü və dövlət suverenliyini şübhə altına alacaq hər hansı sazişə qətiyyən razılıq verməz. Əksinə, o, hamıdan yaxşı anlayır ki, gec-tez, bu problemi birdəfəlik Azərbaycanın lehinə həll etmək imkanı yaranacaq. Sadəcə, ölkəni məhz həmin o ana hazırlamaq lazımdır.
    Ayna.az

    Oxunub: 565
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.