“Gürcüstan bölgədə sülhməramlı rolunun ilk konkret nəticəsinə nail olub”- XİN başçısı
“Müstəqilliyin bərpasından sonra Gürcüstanın bütün hakimiyyətləri regionda sülhməramlı rolunu öz üzərilərinə götürməyə çalışıblar”.
Report-un yerli bürosu xəbər verir ki, bunun Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani brifinqdə deyib.
O bildirib ki, Azərbaycan və Ermənistan arasında iyunun 12-də əldə olunan humanitar razılaşma bu cəhdlərin ilk konkret nəticəsidir: “Tbilisinin Cənubi Qafqazda vasitəçiliyi qlobal təhlükəsizlik kontekstində, yeni geosiyasi mühitdə Gürcüstanın rol və funksiyasını prioritet mövzuya çevirməyə yönəlib”.
Oxunub: 449
Xəbəri paylaş
Paylaş: