Azərbaycanlılar Türkiyədən nə qədər ev alıblar?-
RƏSMİ
Türkiyə Statistika Xidmətindən açıqlanan məlumatlarda bildirilir ki, ötən ilin eyni dövrü ilə müqayisədə Türkiyədən ev alan azərbaycanlıların sayı artıb. Belə ki, 2020-ci ilin yanvar-may aylarında azərbaycanlılar Türkiyədən builkindən 68 mənzil az - 361 mənzil satın alıblar.
Qeyd etdiyimiz kimi, bu ilin may ayında azərbaycanlılar Türkiyədən 47 mənzil satın alıblar və bu ötən ilin may ayındakı göstəricidən 5 mənzil çox olub.
Məlumat üçün bildirək ki, xarici ölkə vətəndaşları bu ilin ilk 5 ayı ərzində Türkiyədən ümumilikdə 15 min 920 mənzil satın alıblar. Yanvar-may ayında Türkiyədə ev alan əcnəbilər arasında İran (2 387), İraq (2 246), Rusiya (1 459), Əfqanıstan (1 027), Qazaxıstan (622), Almaniya (534), Yəmən (484), Azərbaycan (429), Fələstin (410), ABŞ (395) və Misir (369) vətəndaşları üstünlük təşkil edib.
Onu da bildirək ki, son 6 il 5 ay ərzində Azərbaycan vətəndaşları Türkiyədn 7 min 708 mənzil alıblar:İllər Mənzillərin sayı 2015 815 2016 610 2017 942 2018 1 250 2019 1 191 2020 1 279 2021
Yanvar-may429 Cəmi 1 708