Əfqanıstan ordusu əməliyyat keçirib - 160-a yaxın "Taliban"çı öldürülüb
Əfqanıstanın müdafiə və təhlükəsizlik qüvvələri son sutkada “Taliban” hərəkatının 160-a yaxın silahlısını zərərsizləşdirib, 108-i isə yaralanıb.
“RİA Novosti” xəbər verir ki, məlumatı Əfqanıstanın Müdafiə Nazirliyi yayıb.
Bildirilib ki, “Taliban”a qarşı əməliyyat son sutkada Kunduz, Qəznə, Badqis, Herat, Gilmend, Qor, Nanqarhar, Vardak və Bədəxşan əyalətlərində keçirilib.
Oxunub: 541
 
  
  	Xəbəri paylaş
	
			
		 
Paylaş: 
 
   
 
   
   
 
 
	 
	 
	





















 
							 
							 
							 
							 
							