Bakıdan Ankaraya uçan təyyarə yarı yoldan qayıtdı
Bakıdan yerli vaxtla saat 10:35-də Ankaraya yola düşən “Azərbaycan Hava Yolları”nın J2-003 nömrəli reysinin kapitanı texniki səbəbə görə Heydər Əliyev Beynəlxalq Aeroportuna qayıtmaq qərarını verib.
AZAl-dan verilən məlumata görə, Bakı vaxtı ilə 11:05-də təyyarə Bakının hava limanına uğurlu eniş edib.
Qeyd olunub ki, reys saat 12:30 qədər gecikir.
Oxunub: 370
Xəbəri paylaş
Paylaş: