Prezident:
"Birgə bəyannamədə tarixi Qars bəyannaməsinə istinad edilir"
“Bu gün əlamətdar gündür. Tarixi bir gündür. Bu gün biz qardaş ölkənin əziz Prezidenti Rəcəb Tayyib Ərdoğanı Qarabağ torpağında, Şuşa torpağında salamlayırıq”.
Report-un xəbərinə görə, bunu Şuşada Azərbaycan Prezidenti İlham Əliyev deyib.
“Əziz qardaşım Azərbaycanda dəfələrlə olub. Ancaq ilk dəfə Qarabağ torpağında, Şuşada biz bir yerdəyik. Bu səfərin tarixi əhəmiyyəti var”, - Prezident vurğulayıb.
Azərbaycan və Türkiyə arasında Müttəfiqlik Münasibətləri haqqında Şuşa Bəyannaməsinə toxunan dövlət başçısı bildirib ki, Birgə bəyannamədə tarixi Qars bəyannaməsinə istinad edilir.
Oxunub: 318
Xəbəri paylaş
Paylaş: