“Bizə işgəncə verən erməni vaxtilə Bakıda qonşum idi”- Keçmiş azərbaycanlı əsir

Bizi Şuşa həbsxanasında qeyri-insani işgəncələrə məruz qoyan ermənilərdən biri vaxtilə Bakıda qonşum olub.
Bunu keçmiş azərbaycanlı əsir Famil Əliyev 1-ci Qarabağ müharibəsi zamanı azərbaycanlılara işgəncə verən və digər cinayətlər törədən erməni terrorçuları Ludvik Mkrtçyan və Alyoşa Xosrovyanın cinayət işi üzrə məhkəmə iclasında deyib.
“Həmin erməni uzun müddət Bakıda Əhmədli qəsəbəsində qonşum olub, onunla eyni həyətdə yaşayırdıq. Ancaq o da Şuşa həbsxanasında azərbaycanlılara işgəncə verirdi. Əsirlər arasında həm hərbi qulluqçular, həm də mülki şəxslər var idi. Ermənilər hamıya, hətta qadınlara eyni dərəcədə vəhşicəsinə işgəncə verirdilər. Əsirlikdən çıxdıqda 57 kiloqram çəkim var idi. Valideynlərim məni tanımadı. Əsirlikdə başımı armaturla vurdular, bir erməni tibb bacısı gəlib adi iynə ilə tikiş qoydu. Ermənilər dırnaqlarımı da çıxartmışdılar” deyib Famil Əliyev.
Oxunub: 315
Xəbəri paylaş
Paylaş: